"Ukraynadakı münaqişə kontekstində Çinə qarşı ittihamlar səsləndirən siyasətçilər gizli məqsədlər güdürlər".
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi səsləndirib. Diplomatik departamentin rəhbəri əmindir ki, belə insanlar məsuliyyəti Pekinin üzərinə atmağa çalışırlar.
“Əgər hələ də Çini qınayan insanlar varsa, onların gizli niyyətləri var və məsuliyyəti Çinin üzərinə atmağa çalışırlar”, - Vanq Yi bildirib.
Çinli nazir xatırladıb ki, ÇXR Ukrayna münaqişəsində həmişə obyektiv və ədalətli mövqe nümayiş etdirib. Onun sözlərinə görə, Pekin vəziyyəti sakitləşdirməyə çalışır və nizamlanmaya nail olmaq üçün səylərini dayandırmayacaq.
QAZİLER.AZ