Britaniya Livanda qapalı vəziyyətdə qalan vətəndaşların təxliyəsinə kömək etmək üçün qoşunlarını Kiprə göndərir.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bununla yanaşı ölkənin baş nazir Kir Starmer isə bölgədə diplomatiyayay və dərhal atəşkəsə çağırış edib.
"Mən bütün tərəfləri uçurumdan geri çəkilməyə və gərginliyi azaltmağa çağırıram. Bizə atəşkəs lazımdır ki, hər şey diplomatik yolla həll olunsun”, - Starmer deyib.
İsrailin Livana son hava hücumları 1975-1990-cı il vətəndaş müharibəsinin bitməsindən bəri ən ölümcül gün olub və Starmer Britaniya vətəndaşlarına hələ kommersiya uçuşları olduğu halda ölkəni tərk etməyi tövsiyə edib.
QAZİLER.AZ