Makron Parisin Kiyevə silah tədarükünü davam etdirəcəyi bildirib

Makron Parisin Kiyevə silah tədarükünü davam etdirəcəyi bildirib backend

Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək.

Qaziler.az xəbər verir ki, bunu Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında Fransa prezidenti Emmanuel Makron deyib.

“Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək. Bu, ukraynalıların müqavimətini dəstəkləyəcək və onlara uzunmüddətli perspektivdə təhlükəsizliyi təmin etməyə kömək edəcək”, - Fransa prezidenti bildirib.

Makron vurğulayıb ki, Qərb ölkələrinin ortaq marağı Ukraynanın öz hüquqlarının mümkün qədər tez bərpa olunmasıdır. Fransa lideri həmçinin uzunmüddətli sülhün qurulmasına da çağırış edib.

QAZİLER.AZ

Diaspora