“Nüvə dövləti ilə birlikdə qeyri-nüvə dövlətinin Rusiya Federasiyasına qarşı təcavüzü Rusiyaya hücum hesab ediləcək”.
Qaziler.az xəbər verir ki, Putinin fikirlərini Kremlin saytı dərc edib.
Rusiya lideri həmçinin Rusiyanın nüvə doktrinasına bir sıra dəqiqləşdirmələr etməyi təklif edib.
Sənədin yenilənmiş variantında hər hansı qeyri-nüvə dövlətinin nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiyaya qarşı təcavüzü, onların Rusiya Federasiyasına birgə hücumu kimi qiymətləndirilməsi təklif edilir, - Putin deyib.
QAZİLER.AZ