Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq açıq formatda Rusiya Təhlükəsizlik Şurasının nüvənin mühafizəsi üzrə daimi iclasını keçirib. Rusiya lideri bu tədbirin planlaşdırıldığı kimi baş tutduğunu vurğulayıb.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, iclas yayımı Kremlin saytında yayımlanıb.
"Biz bu gün planlaşdırılmış bir tədbir keçiririk. Bu görüş nüvənin mühafizəsi üzrə daimi iclas adlanır. Bu, ildə iki dəfə keçirilir”, - deyə prezident bildirib.
Onun sözlərinə görə, gündəlikdə “Nüvənin mühafizəsi sahəsində dövlət siyasətinin əsasları”nın yenilənməsi məsələsi var. Putin izah edib ki, bu sənəd dövlətin nüvə strategiyasını rəsmi şəkildə müəyyənləşdirib və təfərrüatlandırıb.
QAZİLER.AZ