Şahzadə Harri övladları Arçi və Lilibetin sürətli iqlim dəyişikliyinə görə gələcəyini pis adlandırıb.
Qaziler.az “Daily Mail”ə istinadla xəbər verir ki, Nyu-Yorkda İqlim Həftəsində çıxış edərək, o xatırladıb ki, 2024-cü il iyulun 22-də dünyada rekord həddə çatan ən isti gün yaşanıb. Planetdə orta temperatur 17,09 dərəcə və ya Farenqeytdə 62,76 dərəcə olub.
“2020-ci ildə doğulan bir insanın 1960-cı ildə doğulanlara nisbətən səkkiz dəfə çox isti dalğası, dörd dəfə çox quraqlıq, üç dəfə çox məhsul çatışmazlığı və üç dəfə çox çay daşqınları yaşaması ehtimalı var. İki uşaq atası olan mənim üçün bu, sadəcə olaraq dəhşətlidir”, - Şahzadə Harri bildirib.
QAZİLER.AZ