İsrail Müdafiə Qüvvələri (IDF) şimal cəbhəsindəki əməliyyat üçün bir sıra ehtiyat briqadaları səfərbər etmək qərarına gəlib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 25-də Telegram kanalında ölkənin silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Bu, bizə “Hizbullah” terror təşkilatı ilə mübarizəni davam etdirməyə, İsrail dövlətini qorumağa və İsrailin şimalındakı sakinlərin öz evlərinə qayıtmasına şərait yaratmağa imkan verəcək”, - deyə İDF bildirib.
Bir qədər əvvəl İDF-nin Şimal Komandanlığının rəhbəri Uri Qordin bildirib ki, İDF hərbi kampaniyanın yeni mərhələsinə qədəm qoyur və onun qoşunları “manevr etməyə və hərəkətə keçməyə” hazır olmalıdır. O qeyd edib ki, hərbçilər təhlükəsizliyi bərpa etməyə və ölkənin şimalındakı sakinlərin öz evlərinə qayıtmasına şərait yaratmağa hazır olmalıdırlar.
QAZİLER.AZ