Sui-qəsddən sağ çıxan Slovakiyanın baş nazirinə güllə göndərilib

Sui-qəsddən sağ çıxan Slovakiyanın baş nazirinə güllə göndərilib backend

Slovakiya hökumət ofisi 2024-cü ilin mayında sui-qəsd cəhdindən sağ çıxan baş nazir Robert Fikoya ünvanlanmış güllə olan zərf alıb.

Qaziler.az bildirir ki, bu barədə "Teraz" portalı məlumat yayıb.

Slovakiya Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib ki, güllə səhər poçt yoxlaması zamanı aşkarlanıb.

Zərfi kimin  göndərdiyi məlum deyil.

Mayın 15-də Gandlova şəhərində hökumətin iclasının keçirildiyi yerdə baş verən atışma nəticəsində baş nazir Fiko yaralanıb. Hücumçu ona bir neçə dəfə atəş açıb, bundan sonra siyasətçi xəstəxanaya yerləşdirilib.

QAZİLER.AZ

Diaspora