İran-İraq müharibəsi zamanı nüvə silahı əldə etmək istəyirdik. Axar.az xəbər verir ki, bu etirafı İranın 1989-1997 illərdə prezidenti olmuş Haşimi Rəfsəncani edib.
“İran-İraq müharibəsi zamanı nüvə silahı əldə etmək istəyirdik. Çünki müharibə illərində düşmənin bizə qarşı nüvə silahından istifadə edə biləcəyini düşünmüşdük. Nüvə proqramımız məhz xoşməramlı məqsədlərlə başlamışdı. Lakin həmişə ağlımızın bir küncündə nüvə təhlükəsi ilə üzləşərsək, silah hazırlama yolunu seçəcəyimizi düşünürdük”, - Rəfsancani bildirib.Qeyd edək ki, 1,5 milyondan artıq insanın öldüyü İran-İraq müharibəsi 1980-1988-ci illər arasında olub.