Ukrayna ilə Rusiya arasında münaqişə hərbi yolla həll edilə bilməz. Buna görə də Hindistan hökuməti tərəflər arasında dialoqu asanlaşdırmaq üçün addımlar atır.
Qaziler.az-ın məlumatına görə, RBC-Ukrayna The Hindu-ya istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.
O vurğulayıb ki, Hindistan sülh danışıqlarının necə sürətləndirilə biləcəyini görmək üçün hər iki tərəflə danışıqlar aparır.
"Bu, bizim apardığımız bir növ kəşfiyyatdır. Yəni demək istəyirəm ki, bizim sülh planımız yoxdur", - Cayşankar bildirib.
Nazir bildirib ki, hökumət bir tərəflə apardığı danışıqları digər tərəflə bölüşür.
"Mənim fikrimcə, hər iki tərəf bunu yüksək qiymətləndirir" deyib və əlavə etdi ki, hər iki tərəflə əlaqə qurmaq arzusu və ya bacarığı olan çox ölkə və ya lider yoxdur.
QAZİLER.AZ