Avstriya paytaxtında "Suriya danışıqları" başlayıb. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, Rusiya və Səudiyyə Ərəbistanı təkliflərini bir-birinə təqdim ediblər.
Siyahılarda danışıqlar masası arxasına dəvət edilə biləcək Suriya hakimiyyətinə qarşı döyüşən müxalif birliklərin adları qeyd olunub. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib."Biz bütün tərəflərə öz siyahılarımızı təqdim etmişik. Həmin siyahılarda biz hazırda müzakirələr apardığımız və danışıqlara gedə biləcəyimiz müxalif qrupların adlarını yazmışıq", - deyə diplomat vurğulayıb.
Rusiyanın siyahısında 38 belə qrupun adının olduğunu açıqlayan nazir müavini bildirib ki, qarşılıqlı razılaşma ilə bu siyahı genişləndirilə də bilər.
"Səudiyyə Ərəbistanı bizə öz siyahısını təqdim edib, amerikalılar isə hələ susur", - deyə o, əlavə edib.