Ərəb dənizində Amerikaya məxsus gəmi zədələnib

Ərəb dənizində Amerikaya məxsus gəmi zədələnib backend

Yaxın Şərqdə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus yanacaq dolduran tanker Ərəb dənizində naməlum obyektlə toqquşması nəticəsində zədələnib.

Qaziler.az bildirir ki, bu barədə “Business Insider” ABŞ Hərbi Dəniz Qüvvələrindəki mənbədən alınan məlumata istinadən xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus yanacaq gəmisi zədələnib, lakin zərərin miqyası açıqlanmayıb.

“ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqə göndərilən yanacaq daşıyan gəmisi bazar ertəsi nəyəsə çırpıldıqdan sonra zədələnib”, - hesabatda qeyd edilib.

Ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

QAZİLER.AZ

Diaspora