Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı kişilərə cins şalvar geyinməyi və dəbli saç düzümünü qadağan edib.
Bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, yeni qanunlar avqustun sonunda qəbul edilib. Onlar xarici görünüş və davranışları ilə “qeyri-müsəlmanlara” bənzədiklərindən bu qadağa ttbiq olunub. İndi əfqan kişilərinə cins şalvar və dəbli saç düzümü qadağası ilə yanaşı, saqqallarını qısa kəsdirmək, həmçinin arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq qadağan edilib.
Yerli sakinlər yeni məhdudiyyətləri gözlənilməz sürpriz adlandırıblar.
Qeyd edilib ki, avqust ayında "Taliban" qadınlara ictimai yerlərdə danışmağı, üzlərini göstərməyi və nazik parçadan paltar geyinməyi qadağan edib.
QAZİLER.AZ