Ukrayna XİN rəhbəri Macarıstana gedəcək

Ukrayna XİN rəhbəri Macarıstana gedəcək backend

Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Andrey Sibiqanın gələn həftə ölkəyə səfər edəcəyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Index” yazır.

Siyarto dediyinə görə, Sibiqa Macarıstana gələcək, çünki Budapeşt və Kiyev arasında Ukraynadakı macar azlığının hüquqları ilə bağlı həll olunmamış mübahisə var.

Macarıstanın xarici işlər naziri Ukrayna XİN-in yeni rəhbərinin dövlətlər arasında problemli məsələlərin həllinin tapılmasında rol oynayacağına ümüd etdiyini bildirib.

2023-cü ilin dekabrında Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstan-Ukrayna münasibətlərinin pisləşməsinə görə məsuliyyət Ukraynanın üzərinə düşür. Onun sözlərinə görə, Budapeştlə Kiyev arasında münasibətlərə Zakarpatiyadakı vəziyyət təsir edib.

QAZİLER.AZ

Diaspora