Birləşmiş Ştatlar “ədalətli və davamlı sülh” əldə olunana qədər Ukrayna hakimiyyətini dəstəkləməyə davam edəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Amerika prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vaşinqton yardımdan imtina edə bilməz.
“Cavabımı bilirəm. Biz üz döndərə bilmərik və Ukrayna davamlı və ədalətli sülhə nail olana qədər ona dəstəyimizdən əl çəkməyəcəyik”, - deyə Bayden bildirib.
Eyni zamanda, ABŞ dövlət başçısı Ukrayna böhranı kontekstində Rusiyanın adını bir neçə dəfə xatırladıb.
QAZİLER.AZ