Keçmiş Amerika lideri Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-də görüşə bilməyiblər.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” Respublikaçılar Partiyasına yaxın mənbələrə istinadən məlumat yayıb.
İkitərəfli danışıqların aparılması ilə bağlı istəyin qarşılıqlı olduğu qeyd edilir.
Lakin Zelenskinin ABŞ-yə səfəri zamanı mümkün görüşün tarixi razılaşdırılmamışdı. Siyasətçilərin hansı səbəbdən danışa bilməməsi açıqlanmayıb.
Sentyabrın 19-da Donald Tramp BMT Təhlükəsizlik Şurasının iclası üçün Nyu-Yorka gələcək Ukrayna rəhbəri ilə görüşə biləcəyini deyib.
QAZİLER.AZ