Xabarovskda terrora haqq qazandıran qadın saxlanılıb - VİDEO

Xabarovskda terrora haqq qazandıran qadın saxlanılıb - VİDEO backend

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarında əməkdaşları terrora haqq qazandırmaqda şübhəli bilinən Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşını  saxlayıblar.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 24-də idarənin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk diyarında əməkdaşları terror fəaliyyətinə bəraət qazandırmaqda iştirak edən Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşını saxlayıblar”, - press-relizdə deyilir.

Bildirilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əməkdaşları tərəfindən saxlanılan qadının internetdə beynəlxalq terror təşkilatının fəaliyyətinə haqq qazandırdığı müəyyən edilib.

Qadının hazırda həbsdə olduğu bildirilir.

QAZİLER.AZ

Diaspora