İsrail gecə saatlarında Livandakı Hizbullah hədəflərinə hücumlarını davam etdirib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 24-də İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı çoxsaylı bölgələrdə Hizbullahın onlarla hədəfinə hücum edib", - Silahlı Qüvvələrin Teleqram kanalı bildirib.
Dəqiqləşdirilir ki, İDF hücumu həyata keçirən "Hizbullah" obyektinə, həmçinin Ha-Amakim ərazisini atəşə tutmaq üçün istifadə edilən buraxılış qurğularına zərbələr endirib.
Bundan əlavə, İsrail artilleriyası və tankları Livanın cənubundakı Aita əş-Şab və Ramya bölgələrində şiə hərəkatının hədəflərinə hücumlar həyata keçirib.
QAZİLER.AZ