Rusiya qışdan əvvəl Ukraynanın enerji infrastrukturunu sıradan çıxarmaqla onu qaranlıq və soyuqda qoymağa çalışır. Qərb müttəfiqləri Ukraynanın hava hücumundan müdafiə vasitələri ilə təminatını gücləndirməlidir.
Qaziler.az bildirir ki, bu barədə AB-nin baş diplomatı Cosep Borrelin sözlərindən "Reuters" sitat gətirib.
Nəşr qeyd edir ki, Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalından sonra Ukraynanın enerji sistemi hədəfə çevrilib və bu, elektrik enerjisinin kəsilməsinə səbəb olub. Qışdan əvvəl bu hücumlar son həftələrdə daha da intensivləşib.
"Aydındır ki, Rusiya Ukraynanı qaranlığa və soyuğa qərq etmək istəyir. Qış yaxınlaşır və Rusiyanın enerji obyektlərinə hücumlarından sonra Ukraynada enerji istehsal gücü üçdə iki azalıb", - Borrel Nyu-Yorkdakı mətbuat konfransında jurnalistlərə bildirib.
QAZİLER.AZ