İsveçrə İsrailin hücumlarını intensivləşdirdiyi Livandakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
Qaziler.az bildirir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin X hesabında edilən paylaşımda deyilir.
"Livanda vəziyyət qeyri-müəyyən və təhlükəlidir. Bu ölkəyə səyahət tövsiyə edilmir", - nazirliyin paylaşımında deyilir.
Bu ölkədəki İsveçrə vətəndaşlarına "mümkünsə" ölkəni tərk etmələri tövsiyə edilərkən, Beyrutdakı səfirliyin məhdud yardım üçün açıq qaldığı qeyd edilib.
QAZİLER.AZ