ABŞ hakimiyyəti İsraillə Livanın şiə Hizbullah hərəkatı arasında münaqişənin kəskinləşməsi fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərəcək.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 23-də Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlərə bildirib.
"Ehtiyat tədbiri olaraq, artıq bölgədəki qüvvələrimizi gücləndirmək üçün kiçik bir əlavə ABŞ əsgəri kontingentini göndəririk", - "Reuters" yazır.
Rayder yerləşdirilən qüvvələrin dəqiq sayını və onların missiyasını açıqlamayıb.
QAZİLER.AZ