İŞİD-in üzvü olan məşhur reper öldürüldü

İŞİD-in üzvü olan məşhur reper öldürüldü backend

İŞİD-ə qoşulan Almaniya vətəndaşı Denis Kuspert Suriyanın Rəqqa əyalətində öldürülüb. Avropa.info xəbər verir ki, Denis Kuspert məşhur reper olub. Reperin ölümünü Pentaqon nümayəndəsi Elissa Smit təsdiqləyib. Onun sözlərinə görə hadisə 16 oktyabrda baş verib. Kuspert ABŞ aviasiyasının endirdiyi zərbə nəticəsində həyatını itirib. Bununla belə Smit deyib ki, onun adı ABŞ-ın axtardığı İŞİD üzvləri arasında deyildi.

Berlinli keçmiş qaqsta-rep ifaçısı, DesoGogg ləqəbli Denis Kuspert İŞİD daxilində ciddi mövqeyə malik idi. O, alman dilli üzvlərin “verbovka”sı ilə məşğul olurdu. Almaniyada ona “insanlığa qarşı cinayət” maddəsi ilə iş açmışdılar.
Diaspora