Danimarka Ukraynanın enerji sektorunu bərpa etmək üçün 16 milyon avro ayırıb

Danimarka Ukraynanın enerji sektorunu bərpa etmək üçün 16 milyon avro ayırıb backend

Danimarka hökuməti Ukraynanın enerji sistemini dəstəkləmək üçün 130 milyon Danimarka kronu (16 milyon avrodan çox) ayırıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Danimarkanın İqlim, Energetika və Kommunal Təsərrüfat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"İstilik mövsümü ərəfəsində Rusiya ukraynalıların elektrik və istilik enerjisinə çıxışını qəsdən məhv etməkdə davam edir. Danimarkanın 130 milyon Danimarka kronu məbləğində yeni töhfəsi enerji təchizatını daha dayanıqlı edəcək".

Qeyd olunur ki, Danimarkanın Ukrayna enerji sisteminə dəstək üçün verdiyi yeni töhfə bu dövlətin ən böyük töhfələrindən biridir. Bu barədə Ukraynanın enerji təhlükəsizliyi üzrə G7 işçi qrupu çərçivəsində keçirilən görüşdə bildirilib.

QAZİLER.AZ

Diaspora