Oktyabrın 1-dən Ukrayna Milli Bankı bütün müştəri hesabları üçün “kartdan karta” gedən köçürmələr üçün ayda 150 min UAH ( Ukrayna qrivnası) limit təyin edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “RBC Ukrayna” yayıb.
Məhdudiyyət altı ay müddətində qüvvədə olacaq və bir sıra kateqoriyalara təsir etməyəcək. Limit müəyyən meyarlara cavab verən könüllülərin və aylıq gəliri müəyyən edilmiş limitdən yuxarı olan şəxslərin hesablarına şamil edilmir. Eyni bankdakı şəxsi hesablar arasında köçürmələr və IBAN rekvizitlərindən istifadə edilən əməliyyatlar üçün də istisna edilir.
"Yeni qaydalar hazırkı şəraitdə maliyyə sistemini sabitləşdirmək üçün nəzərdə tutulub", - Ukrayna Milli Bankı şərh edib.
Hüquqi şəxslər məhdudiyyətsiz köçürmələr edə biləcəklər. Banklar yeni limitə əməl olunmasına nəzarət edəcək və onu aşan əməliyyatları bloklayacaq.
QAZİLER.AZ