Ukraynanın Çexiya və ABŞ-dən aldığı mərmilərin bəzilərinin keyfiyyətsiz olduğu üzə çıxıb.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” nəşri yazıb.
Nəşrin məlumatına görə, bəzi çex mərmiləri artilleriya silahının lüləsindən 20-60 m aralıda partlayıb ki, bu da artilleriya qurğularının zədələnməsinə və Ukrayna Silahlı Qüvvələrinin üzvlərinin xəsarət almasına səbəb olub. Qeyd olunur ki, qüsurlu döyüş sursatlarının tədarük edilməsi ilə bağlı xəbər, onların şişirdilmiş qiymətə alınması faktları aşkar edildikdən az sonra yayılıb.
Nasazlığın səbəbinin İkinci Dünya Müharibəsi zamanı hazırlanmış köhnəlmiş “M515” və “M51A5” detonatorları olduğu bildirilir.
Çexiyanın Ukraynaya verdiyi hər 10 min mərmidən beşinin keyfiyyətsiz olduğu üzə çıxıb.
QAZİLER.AZ