Yoav Qalant İsrail vətəndaşlarını soyuqqanlı olmağa çağırdı

Yoav Qalant İsrail vətəndaşlarını soyuqqanlı olmağa çağırdı backend

Yəhudi dövləti Livanda şiə Hizbullah təşkilatına qarşı əməliyyatlarını genişləndirdiyi üçün İsrail vətəndaşları möhkəm və soyuqqanlı olmalıdırlar.

Qaziler.az bildirir ki, bu barədə “Times of İsrael” İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantın çıxışına istinadla məlumat yayıb.

“Biz Livanda hücumlarımızı dərinləşdiririk və ardıcıl əməliyyatlar davam edir. Bizi ictimaiyyətin soyuqqanlı, mətanət nümayiş etdirəcək və arxa komandanlığın göstərişlərinə tam tabe olacağı günlər gözləyir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Hizbullaha qarşı əməliyyatlar İsrailin şimalındakı sakinlər təhlükəsiz şəkildə öz evlərinə qayıdana qədər davam edəcək.

Qeyd edək ki, sentyabrın 23-də səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İsrail əsgərlərinin Livandakı Hizbullah hədəflərinə çoxsaylı hücumlara başladığını açıqlayıb.

QAZİLER.AZ

Diaspora