İsrailin Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində azı 50 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Associated Press” Livanın Səhiyyə Nazirliyinə istinadən yayıb.
Livan hərbçiləri iddia edir ki, zərbələr İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Ha-Levi tərəfindən şəxsən təsdiqlənib. Qeyd olunur ki, İsrail liderləri yaxın günlərdə Hizbullaha qarşı tədbirləri sərtləşdirəcəklərini vəd ediblər.
İnternetdə İsrailin Livandakı hədəflərə hava zərbəsi endirdiyi iddia edilən görüntülər yayılıb. İsrail ordusu Hizbullaha məxsus hədəflərə hücum etdiyini bildirir. Onlar mülki şəxsləri şiə hərəkatının silah saxlamaq üçün istifadə etdiyi binaları və əraziləri tərk etməyə çağırıblar.
QAZİLER.AZ