Almaniyanın qərbində Bonn yaxınlığındakı yaşayış binasının girişində partlayış baş verib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, partlayışda xəsarət alan olmayıb.
Məlumata görə, Köln inzibati ərazisinə daxil olan Vaxtberq icmasında aşağı gücə malik partlayıcı qurğu partladılıb.
Şübhəlilər axtarılır. Polis hadisənin bu həftə Kölndə baş verən digər partlayışlarla əlaqəli olduğunu ehtimal edir.
Qeyd edək ki, həftənin əvvəlindən regionda iki partlayış meydana gəlib.
İnsidentlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Niderland mütəşəkkil cinayətkar qruplarının əli olduğu düşünülür.