Ersin Tatar: ŞKTC müstəqil Türk dövlətidir

Ersin Tatar: ŞKTC müstəqil Türk dövlətidir backend

Şərqi Aralıq dənizində cərəyan edən geosiyasi proseslər fonunda Şimali Kipr Türk Respublikasının (ŞKTC) Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunun əhəmiyyəti artır.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə ŞKTC Prezidenti Ersin Tatar Lefkoşada Kipr Türk Milli Birlik Partiyasının qurultayında bildirib.

Dövlət başçısı TDT-nin Şuşada keçirilən qeyri-rəsmi sammitinə ŞKTC-nin dəvət edilməsi barədə xatırladıb, türk Kiprinin rəhbər şəxslərinin də digər müstəqil türk dövlətləri ilə yanaşı müzakirələrdə iştirak etdiyini qeyd edib.

“ŞKTC müstəqil türk dövlətidir. Biz ŞKTC-nin qlobal dövlətlər ailəsində öz layiqli yerini tutması üçün əlimizdən gələni edirik, türk Kipri xalqının firavanlığı üçün çalışırıq”, - deyə Tatar Lefkoşanın beynəlxalq arenada mövqeyinə verdiyi fəal dəstəyə görə Ankaraya təşəkkürünü bildirib.

Kiprlə bağlı fikir ayrılıqlarının həlli perspektivlərinə gəlincə, siyasi lider adada uzunmüddətli sülhün yeganə yolunun iki suveren dövlət arasında əməkdaşlıqdan keçdiyini vurğulayıb. “ŞKTC Kiprlə bağlı istənilən sazişin tərəfi olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Siyasətçi əmin edib ki, Lefkoşanın bərabərhüquqlu və suveren aktor kimi beynəlxalq statusa malik olduğu tanınmadan ŞKTC danışıqlar masasına əyləşməyəcək.

Diaspora