Terror təşkilatı PKK/KCK-nın Avstraliya strukturunda fəal iştirak edən Çiğdem Aslan Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində yaxalanıb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Avstraliyada separatçı terror təşkilatı adına həyata keçirilən hərəkət və fəaliyyətlərdə aktiv iştirak etdiyi aşkarlanan Aslanın uzun müddətdir MİT tərəfindən təqib edildiyi bildirilib.
Yüksək səviyyəli təşkilat üzvləri ilə təmasda olan Aslanın İstanbul Hava Limanından Avstraliyaya gedəcəyi öyrənilib. Çiğdem Aslan MİT və İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin (TEM) birgə təşkil etdiyi əməliyyatda yaxalanıb. PKK/KCK üzvü Aslan həbs edilərək həbsxanaya göndərilib.