ABŞ-da təəccüblü hadisə: Robot polis cinayətkarı yaxaladı

ABŞ-da təəccüblü hadisə: Robot polis cinayətkarı yaxaladı backend

ABŞ-ın Texas ştatında təəccüblü hadisə baş verib. Həbs qərarı verilən şəxs robot polisin müdaxiləsi ilə yaxalanıb.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, Lubbock şəhərində şərti azadlığı pozduğuna görə barəsində həbs qərarı verilən Feliks Delarosa onun üçün otelə gələn polisə atəş açıb.

Robot polis otağa gözyaşardıcı qaz ataraq onu zərərsizləşdirib. Qeydə alınan görüntülərdə qazdan təsirlənən Delarosanın otağın pəncərəsindən sürünərək çölə çıxdığı əks olunub.

Şübhəlinin otaqdan çıxdığını anlayan robot polis Delarosanın üstünə tullanıb və onun qaçmasına mane olub. Robot tərəfindən tutulan cinayətkar hadisə yerinə gələn qruplar tərəfindən yaxalanıb.

Qeyd edək ki, Delarosa 2017-ci ildə törətdiyi bir sıra cinayətlərə görə 20 il həbs cəzasına məhkum edilib. Dövlət həbsxana sənədlərinə əsasən o, 2022-ci ilin aprelində şərti azad edilib.

 

Diaspora