Rusiyanın Estoniyadakı səfirliyi Tsouru kəndindəki kütləvi məzarlıqdan Qızıl Ordu əsgərlərinin qalıqlarının eksqumasiyası ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda deyilir.
“Soydaşlarımızın cəsədlərinin təhvil verilməsi 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 34-cü maddəsinə əsasən Tallinin üzərinə götürdüyü öhdəliklərə ziddir, onun müddəalarına uyğun olaraq dövlət ərazisində hərbi əməliyyatlar nəticəsində həlak olanların dəfn olunduğu yerlərə hörmət etməlidir”, - deyə məlumatda bildirilir.
Səfirlik Tsouruda dəfn edilən Qırmızı Ordu əsgərlərinin adlarının siyahısına istinad edərək vurğulayıb ki, ölən əsgərlərin qalıqlarının eksqumasiyası yalnız müstəsna hallarda və yalnız mərhumun doğulduğu ölkəyə məlumat verildikdən sonra mümkündür.
QAZİLER.AZ