ABŞ-ın Ukrayna üçün yeni silah paketinin həcmi 375 milyon dollar təşkil edəcək.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” Amerika administrasiyasındakı anonim mənbələrə istinadən məlumat verir. Gözlənildiyi kimi, Vaşinqton yardım paketini gələn həftənin əvvəlində göndərməyi planlaşdırır.
Agentliyin məlumatına görə, buraya patrul katerləri, Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları, 155 və 105 mm-lik artilleriya sursatları, ehtiyat hissələri və digər silahlar daxildir. Qeyd edilir ki, paketin məzmunu və miqdarı prezident Co Baydenin gözlənilən imzasından əvvəl yaxın günlərdə dəyişə də bilər.
QAZİLER.AZ