Birləşmiş Millətlər Təşkilatı İsrail və Livanı münaqişəni dərhal deeskalasiya etməyə çağırıb.
QAZİLER.AZ “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinq zamanı deyib.
"Mavi xətdə artan eskalasiyadan çox narahatıq <...> Biz bütün tərəfləri dərhal gərginliyi azaltmağa çağırırıq”, - o deyib.
Sentyabrın 20-də İsrailin Beyruta hava hücumu təşkil etdiyi açıqlanıb. Hədəf şiə Hizbullah hərəkatının xüsusi əməliyyat komandanlığının rəhbəri İbrahim Aqil olub. Hücum nəticəsində iki yaşayış binası da dağılıb.
QAZİLER.AZ