Macarıstanın baş naziri Viktor Orban və İtaliya baş nazirinin müavini Matteo Salvini Ukraynadakı münaqişənin təcili dayandırılmasının vacibliyini bəyan ediblər.
Qaziler.az “RİA Novosti” xəbər verir ki, bu barədə İtaliyanın “Liqa” partiyası məlumat yayıb.
“Digər şeylər arasında, Salvini və Orban, Papa Fransiskin də ümidlə yanaşdığı Ukraynadakı münaqişəyə təcili son qoyulmasının vacibliyini bölüşüblər”, - bəyanatda deyilir.
QAZİLER.AZ