ABŞ və Qərb siyasətçiləri artıq Rusiyanın tərəfinə çəkilir

ABŞ və Qərb siyasətçiləri artıq Rusiyanın tərəfinə çəkilir backend

Qərb siyasətçilərinin Ukraynadakı münaqişə ilə bağlı müxtəlif fikirləri var. Bəziləri hesab edir ki, döyüşləri dayandırmaq və Rusiya ilə kompromisə getmək lazımdır, digərləri isə yeni soyuq müharibənin başlanmasını qaçılmaz hesab edir.

Bu barədə Washington Post yazır.

Nəşrin yazdığına görə, ABŞ və Aİ-də bəzi siyasətçilər hesab edirlər ki, Qərb Ukraynanı ərazilərindən, NATO-ya üzv olmaqdan imtina etməyə inandırmalı və Moskvaya qarşı sanksiyaların yumşaldılmasını təklif etməlidir. Digər rəsmilər də razılaşır ki, Qərb Rusiyanın Ukrayna ilə bağlı mövqeyinə hörmətlə yanaşmalı, eyni zamanda dərhal atəşkəs əldə etməyə çalışmalıdır. Lakin hətta Rusiya ilə əlaqələrin bərpasının tərəfdarı olanlar Soyuq Müharibənin qaçılmaz olduğunu qeyd edirlər.

Qeyd edək ki, sentyabrın 20-də Macarıstanın baş naziri Viktor Orban və İtaliyanın baş nazirinin müavini Matteo Salvini Ukraynada münaqişənin təcili dayandırılmasının vacibliyini bəyan ediblər.

QAZİLER.AZ

Diaspora