İsrail: Beyruta hücumdan sonra istənilən ssenariyə HAZIRIQ

İsrail: Beyruta hücumdan sonra istənilən ssenariyə  HAZIRIQ backend

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari İsrail ordusunun Beyruta endirilən zərbədən sonra hər hadisəyə hazır olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.

"Biz baş verənlərlə bağlı istənilən ssenariyə hazırıq", - Haqari deyib.

Onun sözlərinə görə, hələlik arxa komandanlığın İsrail vətəndaşları üçün təlimatlarında heç bir dəyişiklik yoxdur.

“Əməliyyat məlumatları əldə olunan kimi sizə məlumat verəcəyik”, - Xaqari qeyd edib.

Qeyd edək ki, sentyabrın 20-də İsrail Müdafiə Qüvvələri İsrailin Beyruta hava hücumu təşkil etdiyini bildirib.

QAZİLER.AZ

Diaspora