"Ukraynadakı hərbi əməliyyatlarda Rusiya Federasiyası Silahlı Qüvvələrində vəziyyət pisləşərsə, ölkədə yeni səfərbərlik fəaliyyəti yaxın gələcəkdə başlaya bilər".
Qaziler.az bildirir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının mərkəz rəhbəri Vadim Kozyulin “NEWS.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Kiyevin Qərbdə yeni bölmələr hazırlaması və muzdluları da cəlb etməsi səbəbindən vəziyyət daha da mürəkkəbləşə bilər.
"Yaxın gələcək də daxil olmaqla, yeni səfərbərlik dalğasını istisna etmək olmaz. Ukrayna yeni bölmələr hazırlayır, o cümlədən onları Qərbdə öyrədir, həmçinin muzdlular cəlb edir. Ukraynaya NATO qoşunlarının, o cümlədən Fransanın Xarici legionunun göndərilməsi məsələsi bir neçə dəfə müzakirə olunub. Beləliklə, Xüsusi Hərbi Əməliyyatlarda vəziyyət pisləşərsə, səfərbərlik bərpa oluna bilər”, - Kozyulin qeyd edib.
QAZİLER.AZ