Dünyanın ən çirkli havası olan şəhərin adı açıqlanıb

Dünyanın ən çirkli havası olan şəhərin adı açıqlanıb backend

Kiyev planetin ən çirkli havası olan iri şəhərlərinin reytinqində birinci olub.

Qaziler.az bildirir ki, bunu IQAir monitorinq agentliyinin 20 sentyabr tarixli havanın keyfiyyəti indeksi sübut edir.

Ukraynanın paytaxtı təxminən bir saat ərzində birinci yeri tutub. Onun yerini yerli vaxtla saat 14:24-ə olan 131 göstərici ilə Kəlkütə (Hindistan) tutub. Hazırda Kiyev 19-cu yerdədir (79), havanın keyfiyyəti sarı zonadadır.

Kiyev hava indeksi səhər saatlarında 175-185 aralığında qalıb. Agentliyin məlumatına görə, şəhər bu göstərici üzrə klassik reytinq liderlərini - Qahirə, Cakarta, Lahor və digərlərini qabaqlayır, Gazeta.Ru əlavə edib.

Ukraynanın “Strana.ua” internet nəşrinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatlarına istinadən verdiyi məlumata görə, Kiyevdə hava Kiyev, Çerniqov və Sumı vilayətlərində torf bataqlıqlarında və açıq ərazilərdə baş verən yanğınlar səbəbindən çirklənir. Paytaxt sakinlərinə pəncərələri bağlamaq, su içmək və tibbi maskalardan istifadə etmək tövsiyə olunur.

QAZİLER.AZ

Diaspora