Obama adminstrasiyası ölkənin keçid dövründə Bəşər Əsədi müvəqqəti olaraq hakimiyyətdə saxlaya bilər. Axar.az “Vol Strit Jurnal”a istinadən xəbər verir ki, bu məlumatı mətbuata Ağ Evin etibarlı mənbələri ötürüb.
Bununla yanaşı qeyd olunub ki, Amerikanın Dövlət katibi Con Kerri son vaxtlar Əsəd əleyhdarlarını bu istiqamətdə razı salmağa çalışır.