Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sentyabrın 20-də Kiyevə gəlib. Bu, onun Ukraynaya artıq səkkizinci səfəridir.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna”onun “Twitter”inə istinadən məlumat yayıb.
" Kiyevə səkkizinci səfərim istilik mövsümünün tezliklə başlaması və Rusiya enerji infrastrukturunu hədəf almağa davam etdiyi vaxta təsadüf edir", - deyə o yazıb.
Onun sözlərinə görə, Aİ ölkələri Ukraynaya cəsarətli səylərində kömək edəcək.
Avropa Komissiyasının rəhbəri əlavə edib: “Mən bura qışa hazırlıqdan müdafiəyə, üzvlükdən tutmuş, G7 kreditləri üzrə irəliləyişlərə qədər Avropaya dəstəyi müzakirə etmək üçün gəlirəm".
QAZİLER.AZ