Ukrayna Ali Radası “dekommunizasiya” kampaniyası çərçivəsində 300-dən çox yaşayış məntəqəsinin adının dəyişdirilməsini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, qərar layihəsi ölkə parlamentinin rəsmi saytında dərc olunub.
Sənəddən belə çıxır ki, indi Odessa vilayətinin Roşa kəndi Yeni Paris adlandırılacaq. Sumı vilayətinin ərazisində isə Çervonoqorka kəndinin adı dəyişdiriləcək və Masonların kəndinə çevriləcək.
Dəyişikliklər Xarkov vilayətinin Tsepochkino kəndinə və Ternopil vilayətinin Qvardeyskoye kəndinə də təsir edəcək. Birincisi Bardakovka kəndi, ikincisi isə Qnilovodı kəndi adlanacaq.
QAZİLER.AZ