Gələn il “Rusiya Federasiyasında İslam” ensiklopedik lüğət nəşr olunacaq. Kitab Təhsil və Elm Nazirliyi tərəfindən maliyyələşdiriləcək.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov məlumat verib.
Muxetdinov 7 cildlik lüğətin ilk nüsxəsini “Qalimcan Barudi adına mütaliələr” XVII Beynəlxalq İlahiyyat Konfransının plenar iclasında təqdim edib. İnstitutun rektoru qeyd edib ki, lüğət layihəsinin kökü 2004-cü ildə Səfacay kəndində keçirilən ilk Faizxanov hafizlərinə gedir.
O bildirib ki, ilin sonuna qədər lüğət hazırlanıb tamamlanacaq, 2025-ci ildən isə Volqaboyu Bolqarıstan xalqları tərəfindən İslam dinin qəbul edilməsinin1100 illiyi ilə bağlı federal proqram çərçivəsində büdcə vəsaiti hesabına min nüsxə kitab nəşr olunacaq.
"Biz kitabları bütün icmalarımıza və təhsil ocaqlarımıza tədarük edəcəyik", Müsəlman Ruhani İdarəsinin nümayəndəsi deyib.
QAZİLER.AZ