Qərb Maduronun həbsinə order verilməsini istədi

Qərb Maduronun həbsinə order verilməsini istədi backend

Avropa Parlamenti (AP) Venesuela prezidenti Nakolas Maduroya qarşı beynəlxalq həbs qərarı verilməsini və müxalifət lideri Edmundo Qonzales Urrutianın dövlət başçısı kimi tanınmasını istəyib.

Qaziler.az TASS-a istinadla yazır ki, bu barədə AP-nin qətnaməsində deyilir.

“Biz Aİ və üzv dövlətləri Nikolas Maduronun insanlığa qarşı cinayətlərinə görə beynəlxalq həbs qərarı verilməsinə çağırırıq”, - sənəddə qeyd edilib.

Bundan əlavə, Avropa Parlamentinin deputatları Venesuela Milli Seçki Şurasının üzvlərinə qarşı sanksiyaları bərpa edəcəklər.

QAZİLER.AZ

Diaspora