İqor Qorqan dövlətə xəyanətdə ittiham olunub

İqor Qorqan dövlətə xəyanətdə ittiham olunub backend

Moldova Milli Ordusunun keçmiş Baş Qərargah rəisi İqor Qorqana qarşı dövlətə xəyanətdə ittiham irəli sürülüb.

Qaziler.az xəbər verir ki, bu barədə Moldova prokurorluğunun cinayət və xüsusi işlərə qarşı mübarizə idarəsinin mətbuat katibi Emil Qaytur “TV-8” telekanalına bildirib. Lakin o, nəzarətə götürülməyib.

“Qorqan qanuna uyğun olaraq məhkəmənin yekun qərarına qədər təqsirsizlik prezumpsiyasından istifadə edir”, – Qaytur əlavə edib.

İyun ayında Moldova mətbuatı 2019-2021-ci illərdə Moldova Baş Qərargahına rəhbərlik etmiş İqor Qorqanın Rusiya hərbi kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə dair material dərc edib. O, bu qənaətə onun “Telegram”dakı yazışmalarına əsasən gəlib. “Politico”nun yazdığı kimi, “casus qalmaqalı”ndan sonra Moldova hakimiyyəti Qorqanı bütün dövlət mükafatlarından məhrum edib.

Qeyd edilib ki, Qorqan SSRİ-də hərbi məktəbi bitirib, həmçinin ABŞ-da təlim keçib və NATO-nun Bosniya və Herseqovina, Gürcüstan və İraqdakı missiyalarında iştirak edib. Ordudan ayrıldıqdan sonra Qorqan BMT-nin qaçqınlar üzrə agentliyində işləyib.

QAZİLER.AZ

Diaspora