2030-cu ilə qədər Litva ordusu 15,5 min peşəkar döyüşçüdən ibarət olmalı, daha 50 min hərbçi isə ehtiyatda olmalıdır.
Qaziler.az LRT-yə istinadla bildirir ki, bu sözləri ölkənin Müdafiə Nazirliyinin rəhbəri Laurinas Kaşyunas bildirib. Nazir Vilnüs Silahlı Qüvvələrin əsas strukturuna yeni piyada diviziyasını əlavə etməyi planlaşdırır.
“Diviziya ölçülü hərbi hissə 2030-cu ilədək mövcud hərbi hissələrin gücləndirilməsi və yenilərinin yaradılması yolu ilə mərhələli şəkildə formalaşdırılacaq”, - nazir qeyd edib.
Piyada diviziyası, hərbi idarədə qeyd edildiyi kimi, təxminən 17,5 min hərbi qulluqçudan ibarət olacaq. Onların sayına çağırışçılar, kadrdakı hərbçilər, könüllülər və ehtiyatda olanlar daxildir. Hökumət həmçinin 2027-ci ilə qədər ən azı altı min gəncin məcburi hərbi xidmətə cəlb olunması üçün çağırışçıların sayını artırmaq niyyətindədir.
QAZİLER.AZ