İraq şiə qruplaşmaları Hayfadakı hədəfləri vurub

İraq şiə qruplaşmaları Hayfadakı hədəfləri vurub backend

İraqın İslami Müqavimət hərəkatının tərkibindəki silahlı qüvvələr İsrailin Hayfa şəhərində hədəfə hücum etmək üçün pilotsuz təyyarələrdən istifadə edib.

Qaziler.az bildirir ki, bu barədə “Al Masirah” kanalı qrupun bəyanatına istinadən xəbər verir. Onlar düşmən qalalarının məhv edilməsi əməliyyatını davam etdirəcəklərinə söz veriblər.

İraqın İslami Müqavimət hərəkatı işğal olunmuş Hayfadakı ərazilərimizə pilotsuz təyyarə ilə hücumu elan edir və düşmən qalalarının məhv edilməsi üzrə əməliyyatların artan sürətlə davam etdiyini təsdiqləyir”, - bəyanatda qeyd olunub.

TASS-ın məlumatına görə, hücum Qəzza zolağında fələstinlilərə dəstək məqsədilə həyata keçirilib. Bu həm də İsrailin anklavdakı cinayətlərinə cavab olub. Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra İraqdakı şiə birləşmələri fəallığını artırıb.

QAZİLER.AZ

Diaspora