"Politico": İran hakerləri Trampın məlumatlarını Baydenə göndərib

"Politico": İran hakerləri Trampın məlumatlarını Baydenə göndərib backend

İran kəşfiyyat orqanları Donald Tramp haqqında məxfi məlumatları Amerika prezidenti Co Baydenin seçki qərargahına göndərməyə çalışıb.

Qaziler.az “Politico”ya istinadla bildirir ki, bu haqda ABŞ Federal Təhqiqatlar Bürosu, Milli Kəşfiyyat Direktoru Ofisi və Kibertəhlükəsizlik İnfrastruktur Agentliyi açıqlama yayıb.  

Nəşr yazır ki, hakerlər Respublikaçıların qərargahından məlumatları oğurlayaraq, Demokratların qərargahına göndəriblər.

“Elektron məktublar iyun və iyul aylarında demokratların kampaniyası ilə əlaqəli şəxslərə göndərilib və oğurlanmış, ictimai olmayan Respublikaçıların təşviqat materiallarından çıxarışlar var”, - məlumatda qeyd olunub.

Material müəllifləri iddia edirlər ki, hazırda demokratların əldə edilmiş məlumatlardan istifadə etdiyinə dair heç bir sübut yoxdur. Lakin fəaliyyəti İranla əlaqəli olan hakerlər ABŞ mediasına Trampla bağlı materialları, guya daxili istifadə üçün göndərməyə cəhd etməkdə davam edirlər.

QAZİLER.AZ

Diaspora