Moskva metrosunda yeniyetməni döyən kişi kameraya düşüb - VİDEO

Moskva metrosunda yeniyetməni döyən kişi kameraya düşüb - VİDEO backend

Moskva metrosunda sərnişin 15 yaşlı yeniyetməni döyüb.

Qaziler.az xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun “Telegram” kanalı xəbər yayıb.

Hadisə metronun Sevastopolskaya stansiyasına gedən keçiddə baş verib. Belə ki, orada kişi ilə məktəbli arasında münaqişə yaranıb.

Görüntülərdə orta yaşlı kişinin bir anda 15 yaşlı yeniyetməni necə döyməyə başladığı, onun üzünə və bədəninə bir neçə zərbə endirdiyi görünür.

Moskva prokurorluğu sözügedən məsələdə döyülmə faktı ilə bağlı iş açıldığını bildirib.

QAZİLER.AZ

Diaspora