ABŞ Avropadakı 6 aylıq əməliyyat çərçivəsində özünün 12 ədəd “Fairchild-Republic A-10 Thunderbolt II” hücum təyyarəsini Almaniyaya göndərib. APA-nın “International Business Times” nəşrinə (Avstraliya) istinadən verdiyi məlumata görə, bu əməliyyat ABŞ-ın dini radikalizmin artması və Rusiya təcavüzü ilə bağlı artan narahatlığı ilə əlaqədardır.
“A-10 Thunderbolt” təyyarələrinin Avropaya uçuşunda məqsəd Vaşinqtonun NATO üzrə müttəfiqlərinin narahatlığını aradan qaldırmaq və Rusiyaya ABŞ Silahlı Qüvvələrinin yaxınlıqda olmasına dair siqnal göndərməkdir. ABŞ-ın 3-cü Hərbi Hava Qüvvələrinin komandanı, general Derril Robertson bildirib ki, hücum təyyarələrinin Avropaya göndərilməsi havada üstünlüyün yeni nümayişidir və “İŞİD”, Rusiya kimi müasir təhlükələrə qarşı görülən tədbirlər çərçivəsində həyata keçirilib.ABŞ “İŞİD” və Rusiya təhlükəsi ilə əlaqədar Avropaya hücum təyyarələri göndərib

